Ucar rayonu Alpı kənd sakini Elvin Məmmədov ötən il alça bağı salmaq məqsədilə 302 ədəd ağac əkib.Lakin bu ilin dekabr ayında naməlum şəxs və ya şəxslər tərəfindən bağa hücum edilib. Hadisə zamanı təxminən 50-yə yaxın alça ağacı məhv edilib — ağacların bir qismi kökündən çıxarılıb.
Bağ sahibi Denmedia.az-a bildirib ki, baş verən hadisə onu ciddi şəkildə narahat edir.
O, digər ağaclara da ziyan vurula biləcəyindən narahatdır. Elvin Məmmədovun sözlərinə görə, bağa dəyən ümumi maddi ziyan təxminən 1500–2000 manat arasındadır. Bağ sahibi hadisə ilə bağlı dekabr ayının 21-də hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin hələlik nəticə əldə olunmadığını qeyd edir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.DİN-nin mətbuat xidmətinin Şirvan Regional qrupundan bildirilib ki,qeyd edilən məsələ ilə bağlı əraziyə baxış keçrilib və vətəndaşı izahatı alınıb.Təhqiqat araşdırmaları davam etdirlir.
AQİL ƏSƏDOV
Denmedia.az

