Bakı şəhəri Sabunçu rayonunun Ləhiş bağları ərazisində aparılan işlər sakinlərin narazılığına səbəb olub.
Bu barədə Denmedia.az- a ərazidə yaşayan sakinlər məlulat veriblər.
Belə ki, sözügedən ərazidə işıqforun kəsilməsi ilə paralel olaraq su kəmərinin çəkilişi həyata keçirilib.
Məlumata görə, hazırda Azərbaycan Dəmir Yolları balansında olan əraziyə çəkilən su xətti Sabunçu rayonu su idarəsinin tələbatının ödənilməsi məqsədi daşıyıb. Lakin görülən işlər zamanı sakinlərin maraqları nəzərə alınmayıb.
Sakinlər bildirir ki, su kəmərinin çəkilişi insan toplaşan ərazidə aparıldığı üçün ayrı-seçkilik və narahatlıq yaradıb. İddialara görə, Sabunçu rayonu su idarəsinin əməkdaşları şəxsi maraqlarını üstün tutaraq, “qazanc + məmurlar + deputatlar” arasında xidmət və qazanc əldə etməyə yönəlik addımlar atıblar.
Qeyd olunan hallar vətəndaşların hüquqlarının pozulmasına səbəb olub. Sakinlər bildirir ki, heç bir qanuni əsas göstərilmədən insanların su ehtiyacından sui-istifadə edilir və bu da ciddi narazılıq doğurur.
Məsələ ilə bağlı aidiyyəti qurum mövqeyi bildirməyib.


Ellada Rəsul
Denmedia.az

