ABŞ-ın Qərb sahilləri yaxınlığında, Oreqon ştatı ərazisində 6,0 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilir ki, seysmik hadisənin episentri əhalisi təxminən 16,1 min nəfər olan Kus-Bey şəhərindən 306 km qərbdə yerləşib. Geoloqların məlumatına görə, zəlzələnin ocağı 7,1 km dərinlikdə olub.
Məlumatın yayımlandığı vaxta qədər xəsarət alanlar və dağıntılar barədə informasiya daxil olmayıb. Həmçinin yerli hakimiyyət orqanları sunami təhlükəsi elan etməyib.

