16 yanvar, cümə günü Yerusəlim ərazisində İsrail ordusuna məxsus hərbi helikopter qəzaya uğrayıb.
İsrail televiziya kanalı 12-ci kanalın məlumatına görə, hadisə nəqliyyat əməliyyatı zamanı baş verib. Helikopter yaşayış məntəqələrindən birinin yaxınlığında qəzaya düşüb.
Hazırda xəsarət alanlar və ya ölənlər barədə məlumat yoxdur. İsrail Müdafiə Qüvvələri qəza faktını təsdiqləyib.

