Yanvarın 30-da saat 16:53-də Hacıqabul rayonu ərazisində palçıq vulkanının püskürməsi qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, püskürmə vulkanın yaxınlığında yerləşən seysmik stansiyalar tərəfindən qeydə alınıb.
Mərkəzin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına əsasən, püskürmə bir fazada baş verib və 13 dəqiqə davam edib. Ocaq dərinliyi təxminən 3 kilometr olub, ayrılan enerji isə 3,38×10⁶ coul olaraq qiymətləndirilib.

