Meksikanın şimal-qərbində yerləşən Sinaloa ştatında qaçırılan 10 mədəndən 5-nin meyiti Concordia qəsəbəsində gizli məzarlıqda aşkarlanıb.
İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsia Harfuch jurnalistlərə açıqlamasında hadisə ilə bağlı 4 nəfərin saxlanıldığını, istintaqın davam etdiyini bildirib.
Nazirin sözlərinə görə, saxlanılan şəxslər “Los Chapitos” adlı cinayətkar dəstənin üzvləridir və mədənçiləri “Los Mayos” qruplaşmasının üzvləri ilə səhv salıblar.
Yerli KİV-lərin yaydığı məlumatda qeyd olunur ki, öldürülən mədənçilər məhz Los Mayos üzvləri zənn edilərək qaçırılıb. Bildirilir ki, Los Chapitos və Los Mayos dəstələri arasında bir müddətdir narkotik marşrutlarına nəzarət uğrunda silahlı qarşıdurmalar gedir.
Meksikanın Federal Baş Prokurorluğu (FGR) qaçırılan 10 mədənçi ilə bağlı genişmiqyaslı istintaqa başlanıldığını açıqlayıb.

