Leninqrad vilayətinin Vsevolojsk rayonunda yerləşən hərbi komendantlıq binasında partlayış baş verib.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, Sertolovo şəhərindəki komendantlıq binasının ikinci və üçüncü mərtəbələri qismən dağılıb. Hadisə nəticəsində iki nəfər həlak olub.
Dağıntılar altında daha üç və ya dörd nəfərin qala biləcəyi ehtimal olunur. Xilasetmə əməliyyatları davam edir.

