ABŞ-ın Nyu-York ştatının şimalında yerləşən Oneida County bölgəsində, Boonville kəndindəki Abundant Life Fellowship kilsəsində partlayış baş verib. Hadisə nəticəsində beş nəfər ağır yaralanıb.
New York State Police bildirib ki, State Route 12-nin 4930-cu blokunda yerləşən kilsədə baş verən partlayışla bağlı istintaq davam edir. Xəstəxana rəsmilərinin sözlərinə görə, yaralıların vəziyyəti hazırda kritik, lakin stabildir.
Polisin açıqlamasına əsasən, partlayış nəticəsində kilsə tamamilə dağılıb. Araşdırmaçılar hadisənin bina daxilində güclü qaz qoxusu barədə daxil olan məlumatdan sonra baş verdiyini qeyd ediblər.

