Rusiyanın İrkutsk vilayətində Baykal gölündə avtomobil buzun altına düşüb. Hadisə nəticəsində ölənlərin olduğu bildirilir.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, 20 fevral tarixində Xoboy burnu yaxınlığında 9 nəfəri daşıyan UAZ markalı avtomobil buz qatını yararaq gölə batıb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölənlər var.
Faktla bağlı İrkutsk vilayəti üzrə istintaq orqanları tərəfindən cinayət işi açılıb. İş Cinayət Məcəlləsinin təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi və səhlənkarlıq maddələri üzrə araşdırılır.
Hazırda 8 nəfərin axtarışı davam edir. Prokurorluğun məlumatına görə, yalnız bir nəfər xilas ola bilib.

