Azərbaycanda Su çərşənbəsi münasibətilə yandırılan tonqal zamanı iki nəfər yanıq xəsarəti alıb.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Məlumata görə, zərərçəkənlərdən biri 15 yaşlı oğlan, digəri isə 9 yaşlı qızdır.
Yaralılar Bakıda yerləşən Nərimanov adına Tibb Mərkəzinin Yanıq Mərkəzinə çatdırılıb.

