Sumqayıt şəhərində baş verən partlayış səbəbilə 20 may, saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Den.az xəbər verir ki, bu barədə sorğumuza cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.
"Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır".
Qeyd edək ki, partlayışın Sumqayıtdakı zavodlardan birində baş verdiyi barədə mediada xəbərlər yayılıb.