Ağdam rayonunun Yusifcanlı kənd sakini, 1985-ci il təvəllüdlü Ceyhun Firdovsi oğlu Abbasov minaya düşərək xəsarət alıb.
Hadisə keçmiş təmas xəttinin minalardan tam təmizlənməmiş ərazisində baş verib.
Partlayış nəticəsində o, sol ayağından xəsarət alıb
Hazırda ANAMA əməkdaşları hadisə yerinə cəlb olunub və zərərçəkənin təhlükəsiz təxliyəsi üçün tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.

