Göyçayda kişi küçədə ölüb.
DenMedia.az ent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində yerləşən “Şəhər bazarı” adlanan ərazidə qeydə alınıb.
Həmin küçədə yaşayan Eyvazov Ramin Şakir oğlu “Şəhər bazarı” adlanan əraziyə gedib və qəflətən halı pisləşərək yerə yıxılıb. Hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyən ediblər.
Yaxınlarının sözlərinə görə, mərhum uzun müddətdir ki, hipertonik təyziq xəstəliyindən əziyyət çəkib.

