Şirvan şəhərində mənzildə partlayış olub,xəsarət alanlar var.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin Elşad Əzimov küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
İlkin ehtimala əsasən, partlayışa səbəb qaz sızması olub.
Hadisə nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli dördotaqlı ev yararsız vəziyyətə düşüb. Partlayış zamanı Şirvan sakini, 47 yaşlı Aynurə Mehrəliyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.Yaralı əvvəlcə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğundan daha sonra paytaxtdakı ixtisaslaşmış yanıq mərkəzinə təxliyyə olunub.Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Elməddin İsmayılov
Denmedia.az

