Bakıda Heydər Əliyev prospektində avtomobil piyadanı vurub.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hadisə bu gün günorta saatlarında, prospektin mərkəz istiqamətində baş verib.
Məlumata görə, piyada çoxzolaqlı yolu yerüstü keçiddən bir neçə metr kənarda keçməyə cəhd edərkən minik avtomobili tərəfindən vurulub.
Zərərçəkən yol polisi əməkdaşları tərəfindən “Yeni Klinika”ya çatdırılıb.
Mərkəzdən bildirilib ki, bu cür halların qarşısını almaq üçün piyadalar yalnız keçidlərdən istifadə etməli və yolu keçərkən sürücülərin onlara tam yol verdiyinə əmin olmalıdırlar.

