Gəncədə bir neçə nəfər zəhərlənib, ölən var
Denmedia.az -ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü A.İsmayılov, 1985-ci il təvəllüdlü S.Əliyev və daha bir nəfər zəhərlənib. Onlardan A.İsmayılov hayatını itirib.
Digərləri xəstəxanaya yerləşdirilib.
Onların nədən zəhərləndiyi tam dəqiq məlum olmasa da ilkin olaraq dəm qazından zəhərləndikləri ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.

