Braziliyanın Rio-de-Janeyro şəhərində müğənni Şakiranın konserti üçün səhnə qurularkən faciə baş verib. Bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, işçi qaldırıcı mexanizmdə sıxılaraq ağır xəsarətlər alıb.
Xilasedicilər bildiriblər ki, o, alt ətraflarından ciddi zədələr alıb və aldığı xəsarətlər həyatla uyğun olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

