Bakı şəhəri Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.
Hadisə ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olub.
Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğın beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş verib və yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində qısa müddətdə söndürülərək digər sahələrə yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində ümumi sahəsi 50 kv.m olan ikiotaqlı mənzilin mətbəxində şkaf və qaz plitəsi yanıb.
Yanğın zamanı giriş hissəsində 1939-cu il təvəllüdlü mənzil sahibi Əliyeva Ailə Ağahəsən qızının meyiti aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

