Avstriyanın Linz şəhərində restoranın girişində üç nəfər ölüb. Bu barədə “Kronen Zeitung” qəzeti məlumat yayıb.
Məlumata görə, kişi atəş açaraq həyat yoldaşını və qızını güllələyib.
Cümə axşamı günorta saatlarında Linzdə restoran qarşısında ikili qətl baş verib, — nəşr bildirib.
Bildirilir ki, hadisədən sonra hücum edən şəxs intihar edib. Cinayətin motivləri araşdırılır.

