Lökbatanda ötən gün baş verən yanğında anbarın 21 min kv.m yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46 000kv.m. olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21 000 kv.m. sahədə yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

