Böyük Britaniyanın Hertfordşir qraflığında polis nəzarətindən qaçan məhbus qatarın altında qalaraq ölüb. Bu barədə BBC məlumat yayıb.
Məlumata görə, kişi polis bölməsindən məhkəməyə xüsusi nəqliyyat vasitəsi ilə aparılırmış. Bu zaman o, onu müşayiət edən şəxslərə hücum edib, avtomobildən yola tullanaraq qaçıb.
Hadisə zamanı yaranan qarşıdurma nəticəsində 2 hüquq-mühafizə əməkdaşı xəstəxanaya yerləşdirilib.
Qaçışdan təxminən 40 dəqiqə sonra polisə bir nəfərin qatar tərəfindən vurulması barədə məlumat daxil olub. Əraziyə gələn əməkdaşlar qatarın vurduğu şəxsin məhz qaçan məhbus olduğunu təsdiqləyiblər.
Onun həyatını xilas etmək mümkün olmayıb.

