Filippinin cənubunda, Mindanao adasında baş verən 7,8 maqnitudalı güclü zəlzələdən sonra azı 1158 afterşok qeydə alınıb. Bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu — PHIVOLCS məlumat yayıb.
Qurumun məlumatına görə, təkrar yeraltı təkanların maqnitudası 1,3-dən 6,4-dək dəyişib.
Daha əvvəl zəlzələnin iyunun 8-i səhər saatlarında baş verdiyi bildirilmişdi. Zəlzələnin episentri General-Santos sahilləri yaxınlığında yerləşib. Bununla əlaqədar Yaponiyada sunami təhlükəsinə görə təxminən 200 min nəfərin təxliyə edilməsi barədə qərar qəbul olunub.
Bundan əvvəl Filippinin cənubunda ölənlərin sayının 37 nəfərə çatdığı, 456 nəfərin yaralandığı, 4 nəfərin isə itkin düşmüş hesab edildiyi məlum olmuşdu. Mindanao adasında təxminən 1,9 min bina zərər görüb, onların demək olar ki, 1,5 mini tamamilə dağılıb. General-Santos şəhərində fövqəladə vəziyyət elan edilib.

