Ağdam rayonunun Qaradağlı kəndində ildırım mağazada yanğına səbəb olub.
Yerli KİV-lərin məlumatına görə, ildırım kənd sakini Fikrət Soltan oğlu İbadova məxsus mağazaya düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb olunub.
Nazirlikdən bildirilib ki, görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısını alıblar.

