Saray qəsəbəsinin Heydər Əliyev prospektində iki “Mercedes” markalı avtomobilin toqquşması ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, qəza zamanı iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Hadisə nəticəsində hər iki avtomobil yararsız hala düşüb. Toqquşmanın təsirindən yol kənarındakı işıq dirəyi də qırılıb.
Əraziyə Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

