Bakıda azyaşlı övladını təhlükəsizlik qaydalarını pozaraq motosikletdə daşıyan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, həmin motosikletin dövlət qeydiyyat nişanı 99-R-408 olub.
Motosikleti idarə edən şəxsin 1990-cı il təvəllüdlü kişi olduğu bildirilib.
Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində hüquqi məsuliyyət tədbirləri görülür.

