Göygöldə Yaylaqda festivalında baş verən uçqunda xəsarət alanların kimliyi məlum olub.
Denmedia.az hadisədə xəsarət alanların adlarını təqdim edir.
Belə ki, hadisə nəticəsində 1975-ci il təvəllüdlü Təranə Cəfərova, 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, 1999-cu il təvəllüdlü Əli Məmmədzadə,1968-ci il təvəllüdlü Nailə İsmayılova, 1998-ci il təvəllüdlü Kamran Zeynalov və 1997-ci il təvəllüdllü Vüsət Zeynalov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Məlumat üçün bildirək ki, adı çəkilən şəxslər hadisə yaylaq festivalında çardağın aşması nəticəsində xəsarət alıblar.
Faktla bağlı araşdırma başlanılıb.




Təhminə Hüseynova
Denmedia.az

