Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın 9-cu sinif şagirdi Kənan Qasımov vəfat edib.
Denmedia.az Bakupost-a istinadən xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilib ki, Kənan məktəbin ən fəal şagirdlərindən biri, “Şagird təşkilatı”nın və “Teatr” dərnəyinin aktiv üzvü olub. O, həmçinin gimnaziyanın sosial şəbəkə hesablarının və elektron səhifəsinin idarə olunmasında iştirak edib.
Məlumata görə, Kənan buraxılış imtahanlarında və məktəb dərslərində yüksək nəticələr göstərib.
Gimnaziya rəhbərliyi və kollektiv şagirdin vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.


