Tərtərdə dəhşətli yanğın hadisəsi olub.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Burada yaşayış evlərinin birində güclü yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğın söndürüldükdən sonra mənzildən 2 meyit aşkarlanıb. Faciəvi şəkildə yanaraq ölənlərin ev sahibi Səmədov Əsgər Vəli oğlu və arvadı Hüseynova Adilə Soltan qızına məxsus olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.

