Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində mağazada uçqun baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatdan dərhal sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən mağazanın tavanının uçması nəticəsində 37 yaşlı Miriyeva Gülnar Məhəmməd qızının müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və dağıntılar altında qaldığı müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə qadını dağıntılar altından xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

