İsveçin Fagersta şəhərində məktəbə qılıncla edilən hücum nəticəsində bir nəfər ölüb.
Reuters yerli polisə istinadən xəbər verir ki, hadisə avqustun 21-də gündüz saatlarında baş verib. Hücum zamanı ən azı daha iki nəfər yaralanıb.
Polis hücum edən şəxsi zərərsizləşdirib. Əməliyyat zamanı şübhəli özü də ayağından yaralanıb.
Agentliyin məlumatına görə, hücumu törətməkdə şübhəli bilinən şəxsin 18 yaşı var.
Hazırda hadisənin motivi və yaralananların vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.

