Taylandın paytaxtı Banqkokun şimal-qərbində, Bang Kruai bölgəsində yerləşən Debsirin Nonthaburi məktəbində silahlı hücum baş verib.
Tayland polisinin məlumatına görə, hadisə nəticəsində 6 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.
Hücum edən şəxsin məktəbin 14 yaşlı şagirdi olduğu və hadisədən sonra ölü tapıldığı bildirilib.
Polis hücumçunun çantasında çoxlu sayda sursat aşkarlayıb. Hadisənin motivi və digər təfərrüatları ilə bağlı araşdırma davam edir.

