Tovuz rayonu Vahidli kəndində orta məktəbin 10-cu sinf şagirdinin evlənmək məqsədilə qaçırılması ilə bağlı məlumat yayılıb.
“Den.az” xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, qaçırılan məktəbli artıq ailəsinə təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, 10-cu sinif şagirdi Aysel Məmmədlini (şərti ad) kənd sakini Mətin Mustafayev evlənmə məqsədilə qaçırıb. Komitədən məsələnin nəzarətdə saxlanıldığı bildirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, müraciətlə əlaqədar Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb: “Tədbirlər nəticəsində qızın yeri müəyyən edilib.
O, polisə verdiyi ifadəsində öz istəyi ilə qoşulub qaçdığını deyib. Bundan əlavə, həm rayon polis şöbəsinin rəisinin iştirakı ilə, həm də rayon prokurorluğunda valideynləri ilə görüşdürülüb. Hər iki görüşdə öz istəyi ilə qaçdığını bildirib”.
Evlənmək məqsədilə qaçırılan məktəbli ailəsinə təhvil verildi - Foto

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.