Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, Azərbaycanın dağlıq ərazilərində isə qar yağacağı gözlənilir.
Denmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtda və Abşeron yarımadasında yağışın ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Gündüz saatlarında yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10–12, gündüz 14–16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunu, nisbi rütubət isə gecə 75–85, gündüz 60–65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensivləşməsi mümkündür.
Səhər saatlarında yağıntılar tədricən kəsiləcək, gündüz isə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi ərazilərdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 5–9, gündüz 15–19 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6–9 dərəcə isti olacaq.

