Türkiyəli məşhur aktrisa Burcu Kara kiçik oğlunun yoluxucu xəstəliyə tutulduğunu və son üç gündə ailəsinin ağır günlər keçirdiyini bildirib.
Denmedia.az xəbər verir ki, “Elveda Derken”, “Tozlu Yollar” və “Milat” kimi ekran işlərindən tanınan aktrisa oğlunun səhhəti ilə bağlı yaşadıqlarını bölüşüb.
2016-cı ildə rejissor Fırat Parlakla ailə quran və iki oğul anası olan Kara məktəblilərin tətili zamanı kiçik övladının əl-ayaq-ağız xəstəliyinə yoluxduğunu bildirib. Uşaqlar arasında geniş yayılan bu yoluxucu xəstəlik səbəbindən oğlunun üzündə və əllərində səpgilər əmələ gəlib.

Aktrisanın sözlərinə görə, oğlu əvvəllər də eyni xəstəliyi keçirib, lakin həmin vaxt daha tez sağalıb. Bu dəfə isə xəstəlik xeyli ağır keçib.
“Üç gündür əl-ayaq xəstəliyi ilə mübarizə aparırıq. Bu dəfə çox ağır və əziyyətli keçdi. Dünən gecə ilk dəfə yata bildik”, – deyə Burcu Kara bildirib.

Aktrisa xəstəliyin yalnız oğlunun səhhətinə deyil, bütün ailənin gündəlik həyatına və yuxu rejiminə də təsir etdiyini vurğulayıb.
Üç gündən sonra ilk dəfə rahat yata bildiklərini qeyd edən Burcu Kara xüsusilə azyaşlı övladı olan valideynləri xəstəliyin əlamətlərinə qarşı diqqətli olmağa çağırıb.

