iyn
2023
19:41
195

Abşeronda parkda dəhşətli hadisə , qadın atraksionun sepinə ilişərək can verdi

9 iyn, 2023
19:41
195

Abşeronda parkda dəhşətli hadisə , qadın atraksionun sepinə ilişərək can verdi - FOTO

Abşeronda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

“Den.az” xəbər verir ki, hadisə Xırdalan şəhəri H.Əliyev parkında qeydə alınıb. Belə ki, hadisə nəticəsində 35 yaşlı Minayə Nuriyeva və qızı 12 yaşlı Cəmilə Nuriyeva atraksionda əylənən zaman ana yıxılaraq ağır xəsarət alıb.

Məlumata görə uşağın papağını əyilib götürmək istəyən ana hərəkətdə olan qatarın sepinə ilişib və nəticədə qadın qolundan eləcədə boğazından ağır xəsarət alıb.

Hadisədən sonra Minayə Nuriyeva Respublika Klinik Xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, aparılmış kompleks tibbi müdaxilələrə baxmayaraq qadının həyatını xilas etmək mümklün olmayıb.

Faktla bağlı araşdırma aparılır

Den.az 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar