Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi keçiriləcək.
“Den.az” xəbər verir ki, 37-ci turda “Qalatasaray” evdə “Fənərbaxça”nı qəbul edəcək. “Rams Qlobal Stadionu”nda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Oyunu Arda Kardeşler idarə edəcək.
Bu komandalar arasında son görüşdə “Qalatasaray” 3:0 hesablıqələbə qazanıb.
Bugünkü oyun çempionluğ baxımından da əhəmiyyət daşıyır. Əgər “Qalatasaray” heç-heçə etsə və ya qələbə qazansa, çempionluğu rəsmiləşdirəcək.
“Fənərbaxça”ya isə bu və son turdakı görüşdə qalib gəlməli, “Qalatasaray”ın məğlub olmağını gözləməlidir.
Hazırda turnir cədvəlində “Qalatasaray” 99 xalla liderdir, "Fənərbaxça" isə 93 xalla 2-cidir.
Bu gün “Qalatasaray” çempion ola bilər - Derbi var

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.