UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ –Ferentsvaroş” (Macarıstan) qarşı-qarşıya gələcək.
“Azərsun Holdinq” qarşılaşmadan əvvəl azarkeşlər üçün xüsusi fan zona təşkil edəcək.
Avqustun 27-si saat 18:00-20:00 aralığında fan zonada futbolsevərlər üçün əyləncəli proqram nəzərdə tutulub. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq.
Bununla yanaşı, illərdir hər kəsin sevimlisi olan “Final” çay da dadlı, ətirli çayı ilə qonaqları müşayət edəcək. Eyni zamanda həmin gündən xoş xatirələri fotoya köçürmək üçün fotozona fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildən “Azərsun Holdinq”in himayəsindədir və adıçəkilən şirkətlər qrupunun dəstəyilə komanda böyük uğurlara imza atıb.