Türkiyənin “Başakşehir” klubu yeni baş məşqçisini ictimaiyyətə təqdim edib.
“Denmedia.az” xəbər verir ki, İstanbul təmsilçisini Nuri Şahin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Nuri Şahinin son iş yeri “Borussiya” (Dortmund) olub.