Nəyə görəsə "Qarabağ"ın oyunçusuna qarşı kobudluğa önəm verən yox dərəcəsindədir. Halbuki Qurban Qurbanov mətbuat konfransında bu epizoda da diqqət çəkib. Deyib ki, bəlkə də o penalti epizodu oyunun qırılma anı idi.
O penalti verilsəydi, hesab nəinki 3:1 olardı, hətta ən azı bərabərlik təmin olunardı - 2:2.
Sonrakı dəqiqələrdə bu hesabı qorumaq çətin olmazdı. Çünki hesabda geridə olanda hücum etməyə məcbursan, bərabərlik təqdirində isə oyunun qalan bölümünü başqa cür qurursan. Bu zaman "Benfika" ilə görüşdəki kimi, əks-hücumla qələbə topunu da vura bilərdi "Qarabağ".
Bu nəticəni xorvatiyalı hakimlər briqadasının vicdanına da yazmaq lazımdır.
Qurban Qurbanovun ikinci hissənin əvvəllərində Leandro Andradeni əvəzləməsi də müəmmalı qaldı. Özü də kiminlə...
Amma hər halda "Niyə Marko Yankoviç oynamadı" sualını səsləndirməyimizə imkan vermədi.
Elşən Mamedov
DenMedia.az