DenMedia.az xəbər verir ki, ETV Bharatın məlumatına görə, üç yaşlı hindistanlı Sarvaqya Sinqx Kuşvaha FIDE reytinqinə düşən ən gənc şahmatçı kimi tarixə düşüb.
O, siyahıya 3 yaş 7 ay 20 günlük ikən əlavə olunub və bununla həmvətəni Aniş Sarkarın rekordunu yeniləyib (3 yaş 8 ay 19 gün).
Məlumatda deyilir ki, Sarvaqyanın atası oğlunun uğurunu belə şərh edib:
“Biz Sarvaqyanın nailiyyətini qeyd edirik. Bu, bizim üçün böyük qürurdur. Onun parlaq şahmat gələcəyi olacağına inanırıq. Arzumuz odur ki, o, qrossmeyster olsun.”

