UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda “Qarabağ” bu gün növbəti oyununa çıxacaq.
“DenMedia.az” xəbər verir ki, təmsilçimiz Niderlandın “Ayaks” klubu ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Hazırda turnir cədvəlində “Qarabağ” 7 xalla 19-cu, xalı olmayan “Ayaks” isə sonuncu - 36-cıdır.
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.
10 dekabr
UEFA Çempionlar Liqası, VI tur
Saat 21:45, “Qarabağ” - “Ayaks”.
Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya).
***
Komandaların start heyətləri bəlli olub.
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov
“Ayaks”: Vitezslav Yaroş, Aron Bauman, Yuri Bas, Lukas Rosa, Anton Qoei, Şon Styor, Jorti Mokio, Ko İtakura, Raul Moro, Kasper Dolberq, Oskar Qlux.
Baş məşqçi: Fred Qrim
***
Matç başladı. Uğurlar, “Qarabağ”.
***
Maçtın 10-cu dəqiqəsində Kamilo Duran hesabı açaraq komandamızı önə keçirir.
***
Kasper Dolberq 39-cu dəqiqədə bərabərlik qolunu vurur.
**
Fasilə.
***
İkinci hissə başladı...
***
Matçın 47-ci dəqiqəsində Mateus Silva komandamızı yenidən hesabda önə çıxarır.
***
78-ci dəqiqədə Oskar Qlux hesabı yenidən bərabərləşdirir.
***
83-cü dəqiqədə Anton Qoei komandasını hesabda önə çıxarır.
***
Oskar Qlux 90-cı dəqiqədə dubla imza atır.
***
Matç bitdi. “Qarabağ” doğma meydanda “Ayaks”a məğlub oldu.

