Narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində şübhəli şəxs qismində istintaqa cəlb edilən “Fənərbaxça” futbol klubunun prezidenti Sadettin Saranın verdiyi analizin cavabı məlum olub.
Denmedia.az xəbər verir ki, Saranın saçından götürülən nümunə nəticəsində onun kokain istifadəçisi olduğu təsbit edilib. Bununla bağlı tibbi arayış İstanbul prokurorluğuna göndərilib.
Bu xəbər Türkiyənin idman ictimaiyyəti arasında şok effekti yaradıb.

