UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” oyunu üçün təyinatlar açıqlanıb.
“Denmedia.az” xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Sandro Şerer olacaq.
Baş hakimin köməkçiləri Stefan De Almeyda və Conas Erni olacaq. Yohannes von Mandaç dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri isə Fedayi San və Lukas Fandrix olacaq.
Xatırladaq ki, “Qarabağ” - “Ayntraxt” qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


