Ağdamın Qarabağ klubunun yarımmüdafiəçisi Pedro Bicalho növbəti mövsümə də hazırkı komandasının heyətində başlayacaq.
Bu barədə Azərisport məlumat yayıb.
Məlumata görə, yunanıstanın AEK klubunun mövsümün sonunda braziliyalı yarımmüdafiəçini transfer etmək niyyətinə baxmayaraq, 24 yaşlı futbolçu bu variantdan imtina edib. Bikalyo “köhlən atlar”ın heyətində qalmağı və “Qarabağ”dakı çıxışlarını davam etdirməyi üstün tutub.
Qeyd edək ki, Pedro Bikalyonun “Qarabağ”la müqaviləsi 2027/28 mövsümünün sonunadək qüvvədədir.

