Kişilər arasında Australian Open — 2026 turnirinin 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Yarımfinala vəsiqə uğrunda italiyalı Yanick Sinner, ispaniyalı Carlos Alcaraz, serbiyalı Novak Djokovic, amerikalılar Learner Tien və Ben Shelton, italiyalı Lorenzo Musetti, avstraliyalı Alex de Minaur və alman Alexander Zverev mübarizə aparacaq.
1/4 final cütlükləri belədir:
-
Sinner — Shelton
-
Djokovic — Musetti
-
Alcaraz — de Minaur
-
Zverev — Tien
Qeyd edək ki, kişilərin təkbətək mübarizəsində Australian Open-in final oyunu 1 fevralda keçiriləcək.

