Azərbaycanlı qılıncoynadan Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib. Bu barədə Azərbaycan Qılıncoynatma Federasiyası məlumat yayıb.
Yeniyetmələr (juniorlar) yaş kateqoriyasında mübarizə aparan Hüseynov yarımfinala qədər irəliləyib. O, bu mərhələdə fransalı rəqibinə gərgin mübarizədə uduzub. Nəticədə idmançı Azərbaycan üçün bürünc medal qazanıb.

