Azərbaycanlı güləşçi Ali Tsokayev (92 kq) Serbiyada keçirilən U-23 Avropa çempionatının qalibi olub.
DenMedia.az xəbər verir ki, Ali Tsokayev finalda türkiyəli güləşçi Fatih Altunbaş üzərində qələbə qazanaraq qızıl medal əldə edib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq) və Sabuhi Əmiraslanov (79 kq) gümüş medal, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıblar.
Bildirilib ki, Avropa çempionatı 15 martda başa çatacaq.

