“Formula-1” çempionatının Bəhreyn və Səudiyyə Ərəbistanında aprel ayına planlaşdırılan mərhələləri Yaxın Şərqdəki silahlı münaqişə səbəbindən ləğv ediləcək.
Bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, yarışların ləğvi ilə bağlı yekun qərar bu həftənin sonuna qədər qəbul olunacaq. Mənbələrin sözlərinə görə, bölgədə davam edən silahlı gərginlik səbəbindən yarışın təşkili və personalın təhlükəsizliyi üçün çox yüksək risk mövcuddur.
Məlumata əsasən, ləğv edilən mərhələlərin əvəzi olmayacaq və nəticədə Formula-1 çempionatının təqvimi 22 mərhələyə qədər azalacaq.

