"Qarabağ" FK yenidən diqqət çəkən addım atıb və bu dəfə mesaj birbaşa qadın azarkeşlərə ünvanlanıb.
Klubun rəsmi sosial şəbəkə hesablarında yayılan açıqlamada bildirilib ki, "Sabah" FK ilə keçiriləcək qarşılaşmada komandaya dəstək olmaq istəyən qadınlar üçün stadiona giriş pulsuz olacaq.
Bu qərar sadəcə jest deyil — tribunaların ruhunu dəyişən çağırışdır.
Qarşılaşma 3 aprel tarixində Tofiq Bəhramov adına Respublika stadionu keçiriləcək. Başlanğıc fiti saat 20:00-da səslənəcək.

