“FIFA Series – 2026” turniri çərçivəsində Azərbaycan və Sierra Leone milliləri arasında oyun start götürüb.
Görüş Sumqayıt şəhər Mehdi Hüseynzadə adına stadionda saat 19:00-da başlayıb.
Matçın baş hakimi özbəkistanlı Asker Nəcəfalıyevdir.
Qeyd edək ki, 27 mart tarixində Azərbaycan millisi eyni stadionda Sent-Lusiya üzərində 6:1 hesablı qələbə qazanmışdı.

